Mövlud Süleymanlı ilə vida mərasimi keçirildi

ƏDƏBİYYAT 22 fev 2024, 12:38
Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi onun evində keçirilib.

Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Sonra mərhumun cənazəsi dəfn edilmək üçün Şamaxıya aparılıb.

Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Yazıçı fevralın 21-də axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, Mövlud Süleymanlı bu gün öz vəsiyyətinə görə, Şamaxıda anasının yanında dəfn ediləcək.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top