“Daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur” — Şahbaz Xuduoğlu

ƏDƏBİYYAT 21 fev 2024, 17:30
Xarici ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcüməsi bəzi oxucuları qane etmir. Xüsusən də gənclər xarici yazıçıların əsərlərini daha çox türk dilində oxumağa üstünlük verirlər. 

Tanınmış naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Demokrat.az-a açıqlamasında deyib ki, hər zaman peşəkar tərcüməçilərə ehtiyac var. 

O, qeyd edib ki, daha çox ingilis, alman, fransız ədəbiyyatından əsərlər tərcümə olunur:

“İşin həcmi böyüyür, daha çox kitab tərcümə etmək istəyirik. Ona görə də işinin peşəkarı olan tərcüməçilər axtarırıq. Ədəbi tərcümənin keyfiyyəti tez-tez mübahisələr doğurur. 

Təbii ki, yaxşı tərcüməçilər də var, nisbətən zəif də. Hər bir halda proses davam etməlidir ki, proqres də olsun. Ona görə də işlərimizin miqyasını genişlətməyi düşünürük”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top