Sentyabrdan məktəblərə qadağa qoyula bilər — AÇIQLAMA

SOSİAL 26 avq 2022, 14:34
“Bu gün koronavirusun mutasiyası prosesi davam edir. Virusun yoluxuculuq indeksi yüksək olsa da, onun ağırlaşdırıcılıq və öldürücülük qabiliyyəti xeyli aşağıdır. Əslində, yoluxmanın yüksək olması təbii haldır. Çünki virus adaptasiya edərək haradasa özünə yaşamağa yer axtarır. Belə olan halda insan hüceyrəsi hədəf olur”.

Bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, sentyabr ayında yoluxanların sayında artım ola bilər:

“Bu, təbii prosesdir. Pandemiyanın sonuna doğru zatən belə olur. Hesab edirəm ki, karantin tədbirləri ciddi şəkildə sərtləşdirilməməlidir. Ölkə iqtisadiyyatını nəzərə alaraq sərt karantin tədbirlərinə lüzum yoxdur. Düşünürəm ki, dövlət qurumları bunu nəzərə alacaqlar.

Lakin müəyyən tədbirlərin görülməsi mümkündür. Kütləvi tədbirlərə say məhdudiyyəti və qapalı məkanlarda maska taxılması, karantin qaydalarının gözlənilməsini misal göstərmək olar. Uşaqların sinif otaqlarına, həmçinin vətəndaşların bütün qapalı məkanlara maska ilə daxil olmaları kimi tədbirlər də görülə bilər”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top