Ronaldo autizmli uşağın telefonunu sındırdığı üçün məhkəməyə veriləcək

İDMAN 23 avq 2022, 19:39
İngiltərə "Mançester Yunayted"inin 14 yaşlı azarkeşi Cey Hardinqin anası Sara Kelli komandanın futbolçusu Kriştianu Ronaldonu məhkəməyə verməyə hazırlaşır.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, buna səbəb portuqaliyalı hücumçunun ötən mövsüm evdə "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

37 yaşlı forvard fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Kellinin sözlərinə görə, onun əsas istəyi Ronaldonun törətdiyi əmələ görə cavab verməsidir: "Ədalətə qovuşmağın yeganə yolu mübarizəni davam etdirməkdir".

Hardinqin anası hadisəyə görə futbolçunun 200 funt sterlinq məbləğində cərimələndiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top