“Azərişıq” Xaçmazda 5 kəndin elektrik şəbəkəsini yenidən qurdu — VİDEO

BİZNES 23 avq 2022, 11:19
Prezident İlham Əliyevin tapşırığı ilə, “Azərişıq” ASC investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqayslı işlərə başlayıb.

Bu barədə Demokrat.az-a qurumdan məlumat verilib.

Rayonun Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub, Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində isə işlərə start verilib.

İşlərin başa çatdığı Həsənqala kəndi rayon mərkəzindən 25 km aralıda yeləşir, 400-dən çox abonenti var. Kənddə 7 ədəd KTM quraşdırılıb. 14 km-dan çox 10 kV-luq, 20 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.

Sərkərli kəndində isə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 8 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.

Bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.

İnvestisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top