Deputat: “Ermənilərin 30 ildə dağıtdıqları əraziləri Azərbaycan cəmi iki ildə yenidən qurub”

GÜNDƏM 22 avq 2022, 17:36
"Sosial şəbəkələrdə Zod qızıl yatağının ermənilər tərəfindən partladılması ilə bağlı görüntülər yayılmışdır. Hesab edirəm ki, bu ermənilərin növbəti təxribatıdır və partlayışın səbəbi Azərbaycanın yavaş-yavaş öz ərazilərini nəzarətə qaytarılması ilə bağlı ola bilər. Çünki, ermənilər 44 günlük Vətən müharibəsindən sonra Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltmayacaqlarını deyirdilər. Reallıq odur ki,   bu günün  həmin yaşayış məntəqələri demək olar ki, tam boşaldılmışdır və bu günlərdə Azərbaycanın nəzarətinə qaytarılacaqdır". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

"Zod yatağının Kəlbəcəri işğaldan azad etdikdən sonra 24%-i Ermənistanın, 76% -i Azərbaycanın ərazisinə düşdüyünü deyilirdi. Amma sərhədlərin delimitasiya və demarkasiya edilməsi prosesi başlayanda sərhəd xəttinin hansı ərazidən keçəcəyi məlum olacaqdır. Ermənilər yəqin ki, məlumatlanıblar ki, Laçın dəhlizini Azərbaycana qaytarıldıqdan sonra sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanılacaqdır. Sərhədlərdə dəqiqləşmələr aparılanda məlum olacaqdır ki, Zod yatağı tamamilə Azərbaycanın ərazisinə düşə bilər. Yəqin ki,  ermənilər bu barədə məlumatlanıblar və ona görə də, yataqda partlayış törətməklə Azərbaycana gələcəkdə mədən-çıxartma işlərin çətinləşdirilməsini istəyiblər. Amma ermənilər başa düşmürlər ki, nə qədər təxribatlar törətsələr də Azərbaycan üçün öz ərazilərini yenidən bərpa edilməsi bir problem deyil".

Millət vəkili diqqətə çatdırıb ki, ermənilərin 30 ildə talayıb dağıtdıqları əraziləri Azərbaycan cəmi iki ilə yaxın müddətdə yenidən qurub, müasirləşdirmişdir:

"Azərbaycanın Ermənistanla dövlət sərhədi dəqiqləşəndən sonra inanıram ki, bu gün ermənilərin nəzarəti altında qalmış ərazilərimiz bütövlükdə azad olunacaq və o əraziləimizdəki təbii sərvətlərimiz də xalqımızın firavan yaşamasına xidmət edəcəkdir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top