Sergey Markovdan Daryanın öldürülməsi ilə bağlı VERSİYA: “Atası uzun illər Azərbaycanı dəstəkləyib”

DÜNYA 21 avq 2022, 16:14
"Rusiyalı jurnalist Darya Duqina atası Aleksandr Duqin kimi Donbasa dəstək məqsədilə keçirilən “Ənənə” festivalında Rusiyanın xüsusi əməliyyatını fəal şəkildə müdafiə edib. Tədbirdən az sonra isə Darya Moskva vilayətində avtomobilinin partlaması nəticəsində həlak olub".

Demokrat.az
Bizim.Media-ya istinadən xəbər verir ki,  xəbər verir ki, bu fikirləri Siyasi Tədqiqatlar İnstitutunun direktoru və Duqinin yaxın dostu, politoloq Sergey Markov “Life” nəşrinə müsahibəsində səsləndirib.

Onun fikrincə, qətlin səbəbi bu, ola bilər:

"İlk versiya Ukraynanın xüsusi xidmət orqanlarıdır, çünki Duqin xüsusi əməliyyata fəal dəstək verirdi. Yeri gəlmişkən, “Ənənə” festivalı onun tərəfindən təşkil olunub və oradakı bütün çıxışları Ukraynadakı müharibəyə həsr olunub. Darya özü də fəal vətəndaş mövqeyi tutmuşdu, o, bir müddət öncə işğalda olan Mariupola getmişdi”.

Politoloq hesab edir ki, hər hansı şəxsi münaqişələri də nəzərə almaq lazımdır:

“Üçüncü fərziyyə isə Duqinin Türkiyə ilə bağlı mövqeyidir”.

Markov bildirib ki, o, onilliklər ərzində bu ölkəni və Azərbaycanı dəstəkləyib. 

Onun nöqteyi-nəzərindən cinayətkarların məqsədinin Darya deyil, onun atası olduğunu düşünsək, qətldəki bu versiya da mümkündür.


Markov qeyd edib ki, Duqin indi xəstəxanadadır, çünki qızının ölümü ilə bağlı çətin anlar keçirir. "O, şok vəziyyətindədir", - politoloq əlavə edib.

Xatırladaq ki, bu gecə Moskva vilayətində “Land Cruiser Prado” markalı avtomobilin partladıldığı məlum olub. Salondakı qadın dünyasını dəyişib. Sonradan məlum olub ki, avtomobildə filosof və politoloq Aleksandr Duqinin 30 yaşlı qızı Darya olub. İctimai xadim özü hadisədən az sonra faciə yerinə gəlib. Faktla bağlı cinayət işi açılıb. İstintaq müxtəlif versiyalar üzərində işləyir. Cinayətkarların məqsədinin Darya deyil, onun atası olduğuna dair fikirlər var.





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top