Ərdoğan xalqa müraciət edəcək

REGİON 21 avqust 2022, 15:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə əhalisinə müraciət edəcək.

Demokrat.az
  "TRT Haber"ə istinadən xəbər verir ki, sabah Türkiyə Nazirlər Kabinetinin növbəti toplantısından sonra dövlət başçısının xalqa müraciəti gözlənilir.

Toplantıda Ukraynada taxıl dəhlizi, 81 vilayətdə tikiləcək 150 min sosial mənzil layihəsi və terrorla mübarizə, Türkiyədə iqtisadi vəziyyət və başqa məsələlər müzakirə olunacaq.

Kabinetin müzakirə edəcəyi məsələlər arasında terrorçuluğa qarşı mübarizə və meymunçiçəyi ilə bağlı aparılan profilaktik tədbirlər də yer alıb.

Qeyd edək ki, bundan əvvəl hökumətin iclası avqustun 1-də baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top