Türkiyədən PKK-ya daha bir zərbə — Yüksək səviyyəli idarəçisi öldürüldü/FOTO

DÜNYA 21 avq 2022, 12:17
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Demokrat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo əməliyyatla zərərsizləşdirilib. Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.

Kod adı Hebat Derik olan Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top