“WhatsApp”da hər kəsin gözlədiyi —YENİLİK

SOSİAL 21 avq 2022, 08:27
“WhatsApp” messencerində “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.

Demokrat.az
APA-ya istinadən  xəbər verir ki, bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.

Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.

“WhatsApp” “birdəfəlik” faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.

Mesajı başqasına yönləndirmək, saxlamaq, surətini çıxarmaq və ya ekran görüntüsünü çəkmək mümkün olmayacaq.

Bununla belə, “WABetaInfo” nəşrinin müəllifləri qeyd edirlər ki, istifadəçiyə ekranda baş verənləri başqa smartfonun kamerasında qeyd etməyə heç nə mane olmayacaq.

“WhatsApp” da bu risklərlə bağlı xəbərdarlıq etsin. Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik azalıb Kubada Denge qızdırmasına yoluxma artır KİV: Nensi Pelosi xəbərdarlığa baxmayaraq, Tayvana səfər edəcək

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top