Zərdab-Ağcabədi yolunda avtomobil aşdı, 4 nəfər xəsarət aldı

HADİSƏ 20 avq 2022, 18:40
Zərdab-Ağcabədi yolunda baş verən qəzada xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Zərdab-Ağcabədi yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik maşınının idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Onlar Zərdab Rayon Mərkəzinə Xəstəxanasına aparılıb. Xəsarət alanların 4-ü də qadındır. Məlumata görə, onlar bacıdırlar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top