Avropada meymunçiçəyinə qarşı yeni peyvənd metoduna icazə verildi

DÜNYA 19 avq 2022, 22:40
Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı yeni peyvənd metodunun tətbiqinə icazə verib.

Demokrat.az
xəbər verir ki, bu metodun məqsədi qısa vaxtda daha çox insanın peyvənd edilməsi, həmçinin dərman preparatlarına qənaət etməkdir.

Yeni qaydaya görə, indi əvvəlki dozanın beşdə biri həcmində preparat orqanizmə daxil ediləcək. digər tərəfdən, yeni metodla vaksin əzələ daxilinə, lakin üst hissəyə yeridiləcək. əvvəlki metodda vaksin daha dərinə yeridilirdi.

Baş qərargahı Amsterdamda yerləşən qurum bildirir ki, dozanın azaldılması immunitetin yaranmasına mane olmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top