Bakıda yeni tikilən çoxmərtəbəli binada faciəvi hadisə

HADİSƏ 19 avq 2022, 11:45
Avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Demokrat.az-a prokurorluqdan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top