Partiya sədri: “Sülhməramlılar bilərəkdən ermənilərin bu cür cinayətlərinə göz yumurlar”

GÜNDƏM 17 avq 2022, 13:16
“Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsinin aşkarlanması heç də təəccüblü deyil. Çünki ermənilər çıxmağa məhkum olduqları yerləri ya yandırırlar, ya xaraba vəziyyətə qoyurlar, ya vandallıq edirlər, ya da ki, minalayırlar. Biz dəfələrlə bu cür halların şahidi olmuşuq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri vurğulayıb ki, ermənilər sözdə  “birgə yaşayışa hazırıq”, “dinc yaşamağa hazırıq” desələr də, amma istənilən halda düşmən mövqelərindən, öz xislətlərindən çəkinmirlər. Bu, təəccüblü deyil və bunu normal qarşılamılıyıq. Digər tərəfdən də, təbii ki, həmin ərazilər Azərbaycanın suveren ərazisidir. Bilirik ki, üçtərəfli danışıqlar əsasında müvəqqəti olaraq rus sülhməramlıların ora məsuliyyət dairəsi hesab olunan ərazilərdir. Həmin ərazidə baş verən bütün hadisələrə bilavasitə həmin o rus hərbiçiləri, həmçinin onların başında dayanan Rusiyanın siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır. Çox təəssüflər olsun ki, Rusiyanın nə siyasi, nə də hərbi rəhbərliyi bu məsuliyyətini dərk etmirlər”. 



“Bilərəkdən görünür ki, ermənilərə dəstək verməklə yanaşı, ermənilərin bu cür vandallığına, bu cür cinayətlərinə göz yumurlar. Bir çox hallarda təhrik edirlər və onlara şərait yaradırlar. Biz gördük ki, onların səngər qazmalarına, silah daşımalarına, silahlanmasına göz yumurlar, hətta müşahid edirlər. Ona görə də, bu proses baş verir. Hesab edirəm ki, Azərbaycan tərəfi mütləq mənada buna müdaxilə etməlidir. Çünki Kəlbəcərdə də, digər ərazilərdə də gördük ki, ərazilər minalanıb. Bu gün də onun acısını yaşamaqdayıq. 200-dən artıq bizim mülki və hərbi vətəndaşımız minaların qurbanına çevrilildilər. Bu və ya digər şəkildə xəsarət alıblar, şəhid olanları var. Gələcəkdə də onların basdırdıqları minaların qurbanına çevrilənlər olacaq. Ona görə də, bu məsələ müdaxilə olunmalıdır. O ərazilərdə ki, ruslar öz məsuliyyətlərini dərk etmirlər, ermənilərə rəvac veriblər bu cür cinayət hadisələri törətməyə, həmin ərazilərə Azərbaycan Ordusu müdaxilə etməlidir. Rus hərbçiləri və Rusiya siyasi rəhbərliyinə sonuncu xəbərdarlıqlar etməklə, müdaxilə etməlidir. Çünki bu, Azərbaycanın həm dövlət təhlükəsizliyinə, həm milli təhlükəsizliyinə, bizim hərbi və mülki vətəndaşlarımızın təhlükəsizliyindən söhbət gedirsə bu məsələdə Azərbaycan dövləti qətiyyətini göstərməli və həmin ərazilərə müdaxilə etməlidir ki, ermənilər bu vandallıqlarını rahatlıqla həyata keçirə bilməsinlər”, - deyə, partiya sədri fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top