Rusiyada “qəhrəman ana”lara 1 milyon rubl veriləcək

REGİON 17 avq 2022, 09:35
Rusiya Prezidenti Vladimir Putin “Qəhrəman ana” adının təsis edilməsi haqqında fərman imzalayıb.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, həmin ad 10 və daha çox uşaq dünyaya gətirən analara veriləcək. Eləcə də, onlara həvəsləndirici olaraq 1 milyon rubl (27 700 manat) da ödəniləcək.

Fərmanda qeyd edilir ki, “Qəhrəman ana” adı “Rusiya Federasiyası qəhrəmanı” və “Əmək qəhrəmanı” ilə yanaşı, ölkədə üç ali tituldan birinə çevrilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top