“Qarabağ”ın səfər oyununun biletləri iki saata satıldı

İDMAN 16 avqust 2022, 17:10
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb. 

"Report" Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər satışa çıxdıqdan iki saat sonra bitib. 

Komandanın kapitanı qapıçı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qolkiper evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib. 

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk matç avqustun 17-də Bakıda olacaq.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top