Şahdağ Milli Parkında yanğın nəzarətə götürüldü

HADİSƏ 15 avq 2022, 20:05
Şahdağ Milli Parkında, Qəbələ rayonunda meşə sahəsində yanğın nəzarətə götürülüb, əraziyə helikopter cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Arzu Umıyev APA-nın yerli bürosuna bildirib ki, Tikanlı kəndi ərazisindəki yüksək dağın zirvəsində, meşə sahəsində baş verən yanğın hazırda davam edir.

Şahdağ Milli Parkının ərazisi olan Tikanlı meşəsində indiyədək bir hektar ərazi yanıb. Alovun qarşısının alınması üçün FHN-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının 100-dən çox əməkdaşı, bir helokopter cəlb olunub. Yanğın nəzarətə götürülüb. Yanğın çətin relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınların əraziyə cəlb edilməsi mümkün deyil. Yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə olunur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top