Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir — “Azərsu” heç bir tədbir görmür

SOSİAL 15 avq 2022, 12:08
Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri illərdir su üzünə həsrət qalıblar.

Manset.az-a müraciət edən sakinlər bildirir ki, “Azərsu” ASC qəsəbəyə üç gündən bir içməli su verir. Suyun verilişi isə bir neçə saat davam edir. Sakinlər sudan tam istifadə edə bilmirlər. İsti yay aylarında suyun belə gec verilməsi istehlakçılara problem yaradır. 

Ərazidə yaşayan sakinlər problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nə müraciət etsələr də heç bir tədbir görülmür.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top