Türkiyədə güclü zəlzələ oldu — YENİLƏNİB

DÜNYA 14 avq 2022, 09:23
Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələlər baş verib.

Demokrat.az
-ın xəbərinə görə, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.

Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.


***08:45


Türkiyədə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar İzmirin Menderes rayonunda 5 bal gücündə hiss edilib.

Zəlzələ Yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Kuşadası körfəzi sahilində yerləşən şəhərdə böyük ölçüdə hiss edilən zəlzələnin fəsadları barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top