Deputat: “Qisas” əməliyyatı daha böyük miqyasda reallaşa bilər”

GÜNDƏM 13 avq 2022, 14:08
“Çox təəssüflər olsun ki, erməni revanşist qüvvələr Ermənistan və Azərbaycan arasında normallaşmanı dəstəkləmirlər. Onlar hər vəchlə münasibətləri daha da gərginləşdirmək, Nikol Paşinyanın sülh danışıqları ilə əlaqədar hansısa irəliləyiş əldə etməməsi üçün aranı qarışdırmaq və münasibətləri korlamaq istəyirlər. Bildiyimiz kimi, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq mərhələli şəkildə ermənilərin yaşadığı Azərbaycan ərazilərində quldur dəstələri, silahlı erməni birləşmələri çıxarılacaqdır. Hazırda bununla əlaqədar olaraq işlər həyata keçirilir”

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 

Deputatın sözlərinə görə, proses avqust ayının sonuna yekunlaşacaq:



“İstənilən halda bütün proseslər Azərbaycan Silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılır. Əminliklə deyə bilərəm ki, hansısa təxribat baş verəcəyi təqdirdə onun qarşısı yüksək məharətlə alınacaqdır. Ermənistan tərəfindən bu cür təxribatlar, manipulyasiyalar gözləniləndir. Ancaq biz səbrlə prosesləri izləyirik. Verilən sözlərin tutulacağına,  üçtərəfli müddəalarına Ermənistan tərəfindən əməl olunacağına ümid edirik. Əks təqdirdə, Azərbaycanın antiterror əməliyyatlarını davam etdirmək, "Qisas" əməliyyatının daha böyük miqyasda reallaşmasının biz şahidi ola bilərik.  

Çox təəssüf ki, Ermənistan belə həssas dönəmdə məsuliyyətsiz addımlar atmaqdan çəkinmirlər.  Azərbaycan ərazilərinə erməni siyasətçisinin səfər etməsi və burada toy mərasiminin keçirilməsinin planlaşdırılması düşünürəm ki, yalnız və yalnız prosesləri daha da gərginləşdirmək, oradakı Azərbaycan ərazilərində yaşayan ermənilərin qızışdırmaq və onlara dəstək məqsədini güdür. Biz bacarıdığımız qədər çalışmalıyıq ki, səhv edən tərəf Ermənistan və erməni quldur dəstələri olsun. Çünki onların istəyi və məqsədi ondan ibarətdir ki, onların əlində hansısa bizim əleyhimizə istifadə edə biləcəyi faktlar olsun. Buna isə qəti imkan verməməliyik, prosesləri nəzarətdə saxlamalıyıq. Rus sülhməramlılarının bu vəziyyəti nəzarətdə saxlaması və proseslərin təxribat mərhələsinə keçməməsi üçün real addımlar atması arzuolunandır”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top