Norveç Ukrayna hərbçilərinin təlimlərinə qoşulacaq

DÜNYA 12 avq 2022, 00:45
Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu qərarı Norveçin müdafiə naziri Byorn Aril Qram elan edib  .

"Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik", - Qram bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson iyunda Kiyevə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenskiyə Britaniyada Ukrayna hərbçiləri üçün təlim proqramını təklif etmişdi. Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top