İslamiada: Hacı Əliyevin iranlı güləşçi ilə görüşündə insident baş verdi

İDMAN 10 avq 2022, 14:34
Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevin Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə insident baş verib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, buna 3 qat dünya və 3 qat Avropa çempionunun iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsi səbəb olub.

Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.

Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib. Nəticədə o, 7:4 hesabı ilə önə çıxıb. Bu dəfə İran tərəfinin etirazı səmərə verməyib və aktivinə daha bir xal əlavə edən Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top