Baş prokuror: “Qanun pozuntusuna vaxtında müdaxilə etməliyik”

GÜNDƏM 10 avq 2022, 10:27
“Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istinataq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

O söyləyib ki, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: “Jurnalistlər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdılar”.

Baş prokuror bildirib ki, hamı Azərbaycan dövlətinə xidmət edir: “Məqsədimiz ondan ibarətdir ki, bərabər şəraitdə bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır. Dövlətin müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə, təhlükəsizliklə bağlı Azərbaycan prokurorluğu qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntusuna vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top