Əvvəl xilas etdilər, sonra döydülər — FOTOLAR

REGİON 08 avq 2022, 19:28
Türkiyənin Sakarya bölgəsində qeyri-adi olay yaşanıb.

Demokrat.az xəbər verir ki, Türkiyənin Sakarya bölgəsindəki çimərliklərin birində iki şəxs qadınlara qarşı uyğunsuz hərəkətlər edib.

Onların bu əməlini fərq edən çimərlikdəki kişilər həmin şəxsləri tutub cəzaladırmaq istəyiblər.

Bu zaman onlardan biri qaçaraq dənizə girib və boğulma təhlükəsi ilə üzləşib.

Oradakı kişilər tərəfindən xilas edilən kişi yenidən döyülüb.

Qeyd edək ki, polis həmin şəxsləri saxlayıb və barələrində araşdırma aparır.





Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top