Diaspor gəncləri Cıdır düzündə bayrağımızı dalğalandırdı

QARABAĞ 07 avq 2022, 21:39
Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları layihənin başa çatması ərəfəsində əzəmətli Cıdır düzündə olublar.
 
Demokrat.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran gənclər “Azərbaycan!” “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.
 
Düşərgə iştirakçıları Şuşada olduqlarına və Cıdır düzünü ziyarət etdiklərinə görə sözlə izah edilə bilməyəcək xoş və inanılmaz hisslər keçirdiklərini söyləyiblər. Onlar sıldırım qayaları qəhrəmancasına fəth edib, qədim şəhərimizi mənfur düşmənin tapdağından azad edən və xalqımıza geri qaytaran Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. Düşərgə iştirakçıları həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini də ziyarət ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top