Politoloq: “Səfirliyə hücum edən qüvvələr siyasi məğlubiyyətə uğradı”

GÜNDƏM 06 avq 2022, 13:55
“Dünyada 1961-ci ildən qəbul olunmuş Vyana Konvensiyası var. Bütün dünya dövlətləri buna əməl edir və əməl etməyə də borcludurlar. Bütün dövlətlər bu konvensiyaya qoşulub. Londonda Azərbaycan səfirliyinə hücum edən “Mehdinin xidmətçiləri” təşkilatının harada qeydə alındığı məlum olmadığına görə, qəti qərar vermək olmur. Amma, bütün hallarda şüarların içərisində fars dilində də şüarlar var idi. Görünən o idi ki, bu təşkilat İranın bu və ya digər qrupları ilə bağlı olan təşkilatdır. Onların Azərbaycan bayrağına qarşı çox böyük hörmətsizliyi və bunların belə yanaşması diplomatik toxunulmazlığa olan bir xəyanətdir. Eyni zamanda, bir şərəfsizlikdir. Bu, bir növ Azərbaycana təzyiqdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. 

Politoloqun sözlərinə görə, Azərbaycanın son zamanlar Qarabağla bağlı tutduğu mövqe Ermənistan və onu dəstəkləyən qüvvələri narahat edir:



“Məhz buna görə də, bir növ Azərbaycana təzyiq göstərmək istəyirlər. Qeyd edim ki, Azərbaycan mediası da son zamanlar milli məsələlərdə çox fəallaşıb, dövlət maraqlarını müdafiə edirlər . Buna görə də, bir növ istədilər ki, Azərbaycana dərs versinlər. Amma, bu onların siyasi məğlubiyyətidir. Heç kimin olmadığı səfirliyə hücum etmək və orada bayrağı götürüb yerə atmaq qəhrəmanlıq, qoçaqlıq deyil. Bunun islamla bağlılığı yoxdur, əslində İslam dini üçün təhqirdir, İslamın üzqarasıdır. Hesab edirəm ki, istintaq başa çatandan sonra bu təşkilat hansı dövlətin nəzarətindədirsə, Azərbaycan həmin dövlət nota verməlidir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top