Ceyhun Bayramov yeni səfiri qəbul etdi

SİYASƏT 04 avq 2022, 22:31
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edib.

Demokrat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, səfir Elyasov etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.
 
Nazir Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb. 
 
Səfir Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib. Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib və səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
 
Görüşdə, həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top