Taleh Kazımov banklar üçün yeni qaydanı təsdiq edib

İQTİSADİYYAT 03 avq 2022, 09:59

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli Qərarını ləğv edib.

Demokrat.az xəbər verir ki, bunun əvəzində “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, qərar 29 iyul 2022-ci il tarixdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top