Türkiyədə yenidən meşə yanğınları başladı

DÜNYA 31 iyl 2022, 17:44
Türkiyədə havada temperaturun 40 dərəcəni ötməsi fonunda yenidən meşə yanğınları başlayıb.

Demokrat.az
-ın xəbərinə görə, Mersinin Anamur rayonunda yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 20 yanğınsöndürən maşını cəlb olunub.

Hatayın Antakya rayonunda Habibi Neccar dağı ətəklərindəki yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə başlayıb.

Bu gün saat 14.30 radələrində isə İzmirin Menderes rayonunda tarlada başlayan yanğın küləyin də təsiri ilə meşəyə keçib. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 13 yanğınsöndürən maşın cəlb olunub. Menderes rayonunda yanğının artıq nəzarət altına alındığı, soyutma işlərinin aparıldığı bildirilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top