Salyanda "Futbol hamı üçün" devizi altında kütləvi tədbir keçirildi — FOTOLAR

İDMAN 31 iyl 2022, 16:32
31 iyul 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” devizi altında kütləvi idman tədbiri və futbol idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib.

Demokrat.az
xəbər verir ki, Salyan rayon Olimpiya İdman Kompleksində təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak edib.
İdmançılar futbol üzrə təcrübəli məşqçi müəllim Vasif Əliyevin rəhbərliyi ilə müxtəlif idman normativlərini yerinə yetirmiş və futbol üzrə nümunəvi çıxışlar nümayiş edib.

Sonda müxtəlif idman normativlərində yüksək nəticə göstərən idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olunub. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd  uşaq, yeniyetmə və gənclər arasında  idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top