Muğam Müsabiqəsinin finalı Şuşada keçiriləcək

İNCƏSƏNƏT 30 iyl 2022, 10:53
VIII Muğam Televiziya Müsabiqəsinin finalı Şuşada keçiriləcək.

Demokrat.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV-nin təşkilatçılığı ilə keçirilən final avqustun 5-də baş tutacaq.

Avqustun 6-da isə Cıdır düzündə Muğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə azyaşlı iştirakçılar da iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top