5-ci mərtəbədən düşən azyaşlını havada tutdu — VİDEO

MARAQLI 29 iyl 2022, 21:00
Çində qeyri-adi olay baş verib.

Demokrat.az xəbər verir ki, Çinin Tonqxianq şəhərində 5-ci mərtəbədən düşən uşaq yoldan keçən şəxs tərəfindən xilas edilib.

Belə ki, yoldan keçən 31 yaşlı Şen Donq adlı çinli binanın 5-ci mərtəbəsindən 2 yaşlı uşağın yıxılmasını görür.

Dərhal irəli qaçan Şen uşağı havada tutmağa nail olur.

Daha sonra uşaq xəstəxanaya aparılır və onun heç bir zədə almaması və tamamilə sağlam olduğu müəyyən olunur.

Çinin Daxili İşlər Nazirliyinin sözçüsü Şen Donqu "qəhrəman" adlandırır.



Qeyd edək ki, insanlar rəsmilərdən Şenə medal verilməsini tələb edirlər.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top