“Ermənistan nəyə nail olmağa çalışır?” — ŞƏRH

GÜNDƏM 27 iyl 2022, 15:26
Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbi birliklərinin olması faktını tamamilə təkzib edib. Erməni və rus mediası bir neçə gündür onun əsassız iddialarını təbliğ etməklə məşğuldur. Məsələ ondadır ki, Ermənistanın Baş Qərargah rəisinin müavini Qarabağa bundan sonra çağırışçıların deyil, muzdlu əsgərlərin göndəriləcəyini və oradakı həqiqi hərbi xidmətçilərin müqaviləli hərbçilərlə əvəzlənəcəyini bildirir. Bəs, bu cür məlumatların yayılması nəyə hesablanıb?

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Arman Tatoyan rəsmi şəxs deyil və onun fikirləri rəsmi mövqe sayıla bilməz.

“10 noyabr atəşkəs bəyanatının 4-cü bəndində deyilirdi ki, Rusiya hərbçiləri erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir. Proses nə vaxt başlayır, yaxud başa çatır? Əsas sual budur. Çünki indiyə qədər belə informasiyalar yayılsa da, çıxarılma gerçəkləşməyib.



Bu haqda dəqiq informasiya hələ ki yoxdur. Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir. Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”. 

Analitik deyir ki, Ermənistan hərbi kontingentinin tam şəkildə çıxarılmasından sonra Qarabağda silahsızlaşdırmanın birinci mərhələsi tamamlanacaq:

“Bölgədə qalacaq “yerli ermənilərin” təqribi 5 minlik silahlı dəstəsi artıq növbəti mərhələnin işidir və bu, daha asan olacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top