33 il həbsdə yatandan sonra günahsızlığı sübut edildi

DÜNYA 26 iyl 2022, 19:39
ABŞ-da təcavüzdə ittiham olunaraq həbs edilən şəxs 33 il sonra azadlığa çıxıb.

Demokrat.az xəbər verir ki, ABŞ Nyu-York ştatında 1989-cu ildə ağdərili bir qadına təcavüz edildiyi ittihamı ilə 6 qaradərili gənc saxlanılıb. Onların içərisində Stiv Lopez adlı 15 yaşlı yeniyetmə də var idi.

Daha sonralar, yəni 2002-ci ildə 6 gəncdən 5-nə bəraət verilmiş və onlar azadlığa çıxmışdı. Azadlığa çıxandan sonra məhkəməyə qarşı iddia qaldırmış və 41 milyon dollar təzminat tələb etmişdilər.

Amma nədənsə bu bəraət həmin zaman Stiv Lopezə aid edilməmişdi.

Nəhayət bu günlərdə Stiv Lopez də azadlığa çıxıb.

Qeyd edək ki, Stiv 15 yaşında girdiyi həbsxanadan 48 yaşında çıxıb.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top