Gənc oğlan su kanalında BATDI

HADİSƏ 24 iyl 2022, 09:24
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən Demokrat.az-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top