BNA: "Hazırda 51 avtobusun hərəkət intervalında gecikmələr var"

SOSİAL 19 iyl 2022, 19:05
Vahid Dispetçer Xidmətinin bu axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 23 müntəzəm marşrut xətti üzrə 51 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bakı-Sumqayıt şosesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Həmçinin qurum Binəqədi şosesi–Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunduğunu açıqlayıb.

Bundan əlavə, Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nəmrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top