Qarabağ

Şuşada yaşayanlara tibb xidmətlər belə göstəriləcək — QAYDALAR

Şuşada yaşayanlara tibb xidmətlər belə göstəriləcək — QAYDALAR

"Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur".

Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.

Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: "Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".

D
demokrat.az