Vətən müharibəsi şəhidinin övladı faciəvi şəkildə öldü — YENİLƏNİB + AÇIQLAMA/ FOTO

SOSİAL 18 iyl 2022, 14:06
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladının faciəvi şəkildə ölümü ilə bağlı detallar bəlli olub.  

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən vəfat edən uşağın yaxın qohumları qeyd ediblər ki, Hüseyn xəstəxanaya yeriyərək gedib və onun səhhətində öskürəkdən başqa heç bir problem olmayıb:

“Həkim müdaxilə zamanı uşağı ayağından tərs şəkildə tutmağı tələb edib və qaşıqla onun bozağındakı şokolad kağızını çıxarmaq istəyərkən qida borusu deşilib. Müdaxilə zaman Hüseyn keçinib”.

Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasından Oxu.Az-a verilən açıqlamada isə bildirilib ki, uşaq xəstəxanaya ölümcül vəziyyətdə gətirilib:

“Həkimlər yardım ediblər, lakin xilas etmək mümkün olmayıb”.

Xəstəxanadan Hüseyn Cəfərliyə müdaxilə edən həkimin adını öyrənməyə çalışsaq da bu, mümkün olmayıb.

TƏBİB-dən Oxu.Az-a verilən açıqlamada isə  bildirilib ki, Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasına valideynləri tərəfindən 17.07.2022-ci il saat 22:00 radələrində aqonal vəziyyətdə uşaq (2017-ci il təvəllüdlü) gətirilib. Uşaq təcili olaraq həkimlər tərəfindən müayinə olunub və ona “mexaniki asfiksiya, tənəffüs yolunda yad cisim” şübhəsi ilə yardım göstərilib. Göstərilən yardımlara baxmayaraq, uşaq saat 22:20 radələrində vəfat edib.


***09:50


Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o nəfəs ala bilmədiyi üçün həyatını itirib.

Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top