Məşhur müğənni konserti yarımçıq tərk etdi

DÜNYA 16 iyl 2022, 20:39
Türkiyənin sevilən müğənnilərindən olan Nükhet Durunun Bodrumdakı konserti yarımçıq bitib.

Demokrat.az Sondakika-ya istinadən xəbər verir ki, iki saat davam etməsi planlaşdırılan konsertində o, cəmi 50 dəqiqə ifa edib.

Mahnılari ilə onu sevənlərinin ürəyini fəth edən müğənni heç bir açıqlama vermədən qəfil səhnəni tərk edib. Müğənni və meneceri ilə əlaqə saxlamaq mümkün olmayıb - onlar zənglərə cavab verməyiblər.

İzləyicilər müğənninin bu hərəkətinə bir məna verə bilməyiblər. Onlar bunu sənətçiyə yaraşdırmadıqlarını qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top