XTQ kapitanı Vətən Müharibəsində baş verənlərdən danışdı — VİDEO

SOSİAL 15 iyl 2022, 21:26
XTQ kapitanı Vüsal Sadıxov Vətən müharibəsində baş verənlər barədə APA TV-yə danışıb.

Demokrat.az
xəbər verir ki, qazi açıqlamasında qeyd edib ki, o hər zaman düşməndən xalqımızın qisasını almağı düşünüb:

"1992-93-cü illərdə Azərbaycan xanımlarının, uşaqlarının mənfur düşmən tərəfindən hansı işgəncələrə qalmasını biz izləyirdik. Uşaq vaxtlarında məndə belə bir fikir formalaşdı ki, xalqımın qisasını alım. Bu gün bizə qismət oldu.  Müharibə başlamamışdan öncə uşaqlarımla, ailəmlə vidalaşdım. Onların heç birinin məlumatı olmadı ki, mən hara gedirəm. 27 sentyabrda Ali Baş Komandanın əmri ilə döyüşlərə qatıldım. Döyüşə ilk Daşkəsən,  Murovdağ istiqamətində başladıq. Kəlbəcərin azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak etdim. Düşmənin atdığı minamyot mərmisinin düşməsi nəticəsində ağır yaralandım". 

XTQ kapitanı qeyd edib ki, hərbi hospitalda olduğu müddətdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəxsən döyüşçülərlə maraqlanıblar:

"Evlə təmin olunduğuma görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm".

Videoreportajı videonu təqdim edirik:

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top