BDU-nun müəllimi vəfat etdi

SOSİAL 15 iyl 2022, 09:48
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev vəfat edib.
 
Demokrat.az xəbər verir ki, A.Musayev 75 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.

1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib. 

Allah rəhmət eləsin!


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top