“Rəsmi Bakı Paşinyanın son siyasətini yaxından izləməlidir” — Politoloq

REGİON 14 iyl 2022, 19:26
“Ermənistanın Azərbaycanla danışıqlar prosesindən yayınması növbəti hərbi eskolasiyaya gətirməyəcək”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır:

“Türkiyə ilə münasibətlər normallaşarsa, Yerevan Azərbaycanla ikitərəfli masa ətrafında əyləşəcək. Ankara bu istiqamətdə Ermənistan hakimiyyəti ilə danışıqlar aparacaq. Paşinyan hazırkı mərhələdə Brüssel danışıqlarından çəkinir və Kremlin ordu daxilində mövqeyindən çəkinərək sülh anlaşmasına getmir. Paşinyan ölkə daxilində Rusiya ilə bağlı müxalifəti zəiflətmək və ordu daxilində təmizləmələr siyasəti həyata keçirəcək. Ordu daxilində Rusiyaya bağlı qrup qalmaqdadır və onlar Qarabağ klanına dəstək verə bilərlər”. 

Politoloqun fikrincə, Paşinyanın bütün cəhdlərinə baxmayaraq daxildən və xaricdən təzyiqlər onu Brüssel formatında əldə olunan razılaşmaları yerinə yetirməməsinə sövq etdi:

“Ona görə də, Nikol Paşinyan daxildə ordunun müəyyən qrupunun siyasətə təsirini zəiflədəcək və müxalifətin imkanlarını parçalayacaq. Artıq parlamentdə bunu etməyə başlayır. Rəsmi Bakı Paşinyanın son siyasətini yaxından izləməlidir. Yerevan Ankara ilə yaxınlaşaraq, daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq. Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb və həssasdır. Müxalifətin etirazları fiaskoya uğradığına görə, "B" planı işə salınıb, Türkiyə ilə sülh anlaşmasının qarşısını almaq üçün hərbi çevrilişə cəhd oluna bilər. Ermənistanla siyasi-hərbi müstəvidə əsas məsələdə prezident İlham Əliyevin əsas strateji planı sülhə nail olmaq və Ermənistanı buna məcbur etməkdir. Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var. İki tərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər. İkitərəfli danışıqlarda Ermənistan Qarabağ iddiasından geri çəkiləcək və qarşılıqlı ərazi bütövlüyünü tanıması mümkündür. Növbəti aylardan Ermənistan Azərbaycan münasibətlərinə aydınlıq gələcək”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top