Zəngilandakı yanğın söndürüldü

SOSİAL 14 iyl 2022, 15:21
Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində, ilkin məlumata əsasən, təxminən 60 hektara yaxın sahədə kol-kos, quru ot və seyrək ağaclıq yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top