Gəncədə çay evinin qarısında dava — Həbs olunanlar var

HADİSƏ 14 iyl 2022, 10:40
Gəncə şəhərində bir neçə nəfərin iştirakı ilə dava olub.

Hadisə şəhərin Tereşova küçəsində olan çay evinin qarşısında baş verib.

Demokrat.az xəbər verir ki, Gəncə şəhər sakinləri – 1978-ci il təvəllüdlü Natiq Babayev və 1997-ci il təvəllüdlü Namil Səlimov ucadan söyüş söyüblər, ictimai qaydanı pozublar.
Onları polis əməkdaşları nizam-intizama dəvət ediblər. Bu zaman onlar polislərin qanuni tələbinə məhəl qoymayıblar və öz əməllərini davam etdiriblər.

Hər iki şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə gətiriblər. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb. Gəncə şəhər Məhkəməsinin qərarı ilə Natiq Babayev 8 gün, Namil Səlimov isə 10 gün müddətinə inzibati qaydada həbs olunublar.

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top