Gürcüstanın hakim partiyasından istefalar davam edir

DÜNYA 13 iyl 2022, 18:57
Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasından daha üç məmur istefa verib.

“Report”un yerli bürosu xəbər verir ki, partiya sıralarını Telavi, Adigeni və Aspindze bələdiyyələrinin üzvləri tərk ediblər.

Levan Koçloşvili, İmeda Mqebrişvili və Giya Çelişvili bildiriblər ki, istefa barədə qərarları azad danışmaları üçün qəbul ediblər. Onların fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Qeyd edək ki, iyunun 28-də “Gürcü Arzusu”ndan parlamentin üç komitəsinin sədri - Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze, iyulun 11-də isə Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin üzvləri istefa veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top