Şabranda 47 yaşlı kişi küçədə səs-küy saldı, polislərə hücum çəkdi — TƏFƏRRÜAT

KRİMİNAL 13 iyl 2022, 10:53
Şabran rayonunda xuliqanlıq hadisəsi baş verib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 10-da, gecə saat 00.30-da rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb. 

Rayon sakini, 1975-ci il təvəllüdlü Sərdar (ad şərti verilib – red.) sərxoş vəziyyətdə küçədə səs-küt salıb, xuliqanlıq hərəkətləri edib. 

Polis əməkdaşları onu ictami qaydaya əməl etməyə təklif ediblər. 

Amma o, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyib. 

Bu səbəbdən o, polis şöbəsinə gətirilib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham verilib. 
  
Gəncə şəhər Məhkəməsinin qərarı ilə Sərdar 200 manat cərimə olunub və sərbəst buraxılıb. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top