Nazpəri Dostəliyeva: "Elə gecələrim olub ki, blokda qalmışam"— VİDEO

ŞOU-BİZNES 10 iyl 2022, 23:30
Xalq artisti Nazpəri Dostəliyeva sənətə gəldiyi illərdə yaşadığı çətinliklərdən danışıb.

Müğənni bu haqda "Günün sədası" verilişində söz açıb. O bildirib ki, bir vaxtlar yaşadığı binanın blokunda yatıb:
 
"Evdə hər şeyi özüm edirdim: yemək bişirir, paltar yuyurdum. Toydan gəlirdim uşaqları yedizdirirdim, məktəbə yola salırdım. Elə günüm olub ki, toydan gecə 2, 3-də gəlmişəm. Uşaqlar yuxudan oyanıb qapını açmayıblar. Mən blokda yatmışam, səhərin açılmasın gözləmişəm. Demişəm, saat zəng çalacaq Əli oyanacaq məktəbə gedəndə qapını açacaq. Övladlarım öz savadı ilə universitetə daxil oldu. Biri Almaniyada, digəri Moskvada bitirdi universiteti".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top