Borrel: 323 milyon insan aclığın astanasındadır

DÜNYA 09 iyl 2022, 20:44
“Rusiyanın Ukraynada başladığı müharibə və qlobal ərzaq böhranı səbəbindən 323 milyon insan aclıq astanasındadır”.

Demokrat.az
UNİAN-a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrel deyib.

O, bildirib ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ərzaq böhranını kəskin şəkildə artırır: 

“Cəmi iki il ərzində dünyada ciddi şəkildə ərzaq çatışmazlığı yaşayan insanların sayı iki dəfə artıb”. “COVID-19” pandemiyasından əvvəl 135 milyondan 2022-ci ilin əvvəlində 276 milyona, bu gün isə 323 milyona qədər çatıb”, - deyə J.Borrel qeyd edib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top