Suda boğulana ilk tibbi yardımı necə edək? — FOTOLAR

SOSİAL 04 iyl 2022, 13:42
Su yalnız həyat vermir. Təəssüf ki, həm də can alır. İsti yay günlərində hər kəs həftə sonunu dəniz kənarında və ya hovuzda keçirməyə üz tutur. Lakin heç kim bədbəxt hadisədən sığortalanmayıb. Ani bir ehtiyatsızlıq boğulma ilə nəticələnə bilər. Son günlər bu cür bədbəxt hadisələrin sayının artması insanların öhdəsinə düşən ilkin məsuliyyəti – ilk tibbi yardım məsələsini aktuallaşdırır. Biz belə çətin vəziyyətlərdə necə davranmalı olduğumuzu bilirikmi?

Suda boğulan şəxsin ilk olaraq geyimləri çıxarmalı və üzüaşağı vəziyyətdə kürəyinə təzyiq etməklə tənəffüs yollarındakı suyu xaric etmək lazımdır. Sonra zərərçəkəni arxasıüstə uzadıb, başını yana çevirmək, nəfəs alıb-almamasını, ürəyinin döyündüyünü yoxlamaq lazımdır. 

Terapevt Nərgiz Kərimova Demokrat.az-a müsahibəsində boğulan şəxsə ilkin olaraq nə etməli olduqlarımızı söyləyir: 



“Əgər zərərçəkmiş sudan çıxan zaman huşu yoxdursa, nəbzi yoxdursa, tənəffüsü yoxdursa, onun ağız boşluğu çirkab sularından, qumdan, lildən təmizlənərək, ürək masaji və süni tənəffüs verilir. Ürək masajjını etmək üçün ovucun iç səthini bir-birinin üzərinə çarpaz qoyaraq döş sümüyünün aşağı üçdə bir hissəsinə qoyulur və sürətli şəkildə kompressiyaya başlayır.”

Batan şəxsi suda olarkən arxa tərəfdən yaxınlaşmaq, saçından, paltarının yaxasından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə qurtarmaq lazımdır. Əks halda o xilas edən şəxsi də boğa bilər.

“Bu vəziyyətdə panik vəziyyət olur və ən çox dilin qatlanmasından qorxurlar. Buna görə də qaşıq və ya əllərinin altında olan hər hansı bir alətlə ağız boşluğunu açaraq, dişləri zədələyərək səhv hərəkət edirlər. Bu zaman başı arxaya edərək çənəni önə çəkmək lazımır.”

İlkin müdaxilədən sonra ayılan şəxsin bədənini spirtlə silmək, isti maye içirmək, ayaqlarını bir qədər qaldırmaq lazımdır. Bu kimi profilaktik tədbirləri hər birimiz bilməliyik. İstər hovuzda, istər çimərlikdə və ya çayda... hər zaman ehtiyatli olmaq lazımdır.



Gülçin Qorxmaz
Demokrat.az    




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top