Zaqatalanın kəndləri sel suları altında qaldı — FOTOLAR

HADİSƏ 04 iyl 2022, 08:56
Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top